ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu və Livan prezidenti Cozef Aunun ölkələri arasında sülh danışıqları aparmaq üçün bir-iki həftə ərzində Vaşinqtonda görüşəcəyini gözləyir.
“Növbəti bir-iki həftə ərzində”, – deyə Amerika lideri Ağ Evdə jurnalistlərlə söhbətində Aun və Netanyahunun Vaşinqtonda nə vaxt görüşə biləcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.
