ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hazırkı Amerika lideri Co Bayden administrasiyasının Rusiya ərazisinin dərinliklərinə raket zərbələri endirilməsinə icazə vermə qərarını səhv və axmaqlıq hesab edir. O, bu barədə Floridadakı Mar-a-Laqo malikanəsində noyabr seçkilərində qalib gəldikdən sonra keçirdiyi ilk mətbuat konfransında bildirib.
“Mən düşünmürəm ki, raketlərin Rusiya ərazisinə 200 mil buraxılmasına icazə verilməməli idi. Düşünürəm ki, bu, pis fikir idi və bunun çoxlu mənfi nəticələri oldu. Bu, axmaqlıq idi, xüsusən də vəzifəyə başlamazdan bir neçə həftə əvvəl”, – Tramp deyib. O, bu addımın onunla razılaşdırılmadığını vurğulayıb. Tramp əmin olduğunu bildirib ki, əgər bu qərara təsir etmək imkanı olsaydı, başqa cür hərəkət edərdi. (Tass)
