ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynaya ərazi güzəştlərindən danışıb.
Siyasətçiyə “Ukrayna öz ərazisinin bir hissəsini Rusiyaya verməlidirmi?” sualı verilib. Ağ Evin yeni rəhbəri cavab verdi ki, bu barədə ona “[Rusiya və Ukrayna başçıları ilə] ilk görüşündən sonra” məlumat verəcək. Eyni zamanda o qeyd edib ki, “orada [Rusiyanın nəzarətinə keçən ərazilərdə] bir dənə də olsun bina yoxdur və insanlar ora qayıtmayacaqlar”. (Tass)
