ABŞ prezidenti Donald Tramp Böyük Britaniya Kralı III Çarlzın səfərinin son zamanlar xeyli pisləşən ABŞ-Böyük Britaniya münasibətlərinin yaxşılaşmasına kömək edəcəyinə əminliyini bildirib.
Ağ Ev rəhbəri BBC-yə verdiyi müsahibədə məsələ ilə bağlı birbaşa suala cavab olaraq bildirib ki, “Mütləq. O, fantastikdir. O, fantastik insandır. Əlbəttə ki, cavab bəlidir”.
Ağ Evin vəzifəli şəxsi əlavə edib ki, “Mən onu yaxşı tanıyıram, illərdir tanıyıram. O, cəsur və böyük insandır. Bu, şübhəsiz ki, müsbət olacaq”.
III Çarlz və həyat yoldaşı Kraliça Kamillanın ABŞ-a dövlət səfəri 27-30 aprel tarixlərinə planlaşdırılıb. Monarx Amerika prezidentinin dəvəti və Britaniya hökumətinin məsləhəti ilə ABŞ-a səfər edəcək. Səfəri çərçivəsində onun ABŞ Konqresində çıxış etməsi planlaşdırılır. Bu, Britaniya monarxının ABŞ Parlamentində ikinci və 25 ildə ilk çıxışı olacaq. (Tass)
