Qazaxıstan, Azərbaycan, BƏƏ və Səudiyyə Ərəbistanı da daxil olmaqla bir qrup ölkə Qəzza zolağının yenidən qurulması üçün yardım paketinə 7 milyard dollardan çox vəsait ayırıb. Bu barədə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında bildirib.
Tramp bildirib ki, “Region artıq radikalizm və terror yuvası deyil. Bu gün yaşadığımız hər şeyə son qoymaq üçün Qazaxıstan, Azərbaycan, BƏƏ, Mərakeş, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, Özbəkistan və Küveytin yardım paketinə 7 milyard dollardan çox ianə etdiyini məmnuniyyətlə elan edirəm”.
