Qəzza zolağındakı sülh prosesinə B planı daxil deyil, çünki bu, hərbi əməliyyatların yenidən başlaması demək olardı. Bu barədə ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda ABŞ-ın təşəbbüsü ilə yaradılan Sülh Şurasının ilk iclasında bildirib.
“Amma hazırda bütün diqqət buna yönəlib: biz bunu düzgün etməliyik, çünki Qəzza üçün B planı yoxdur. B planı müharibəyə qayıdışdır. Burada heç kim bunu istəmir”, – deyə o bildirib.
O, yekun olaraq bildirib ki, “A planı – irəliyə doğru yeganə yol – Qəzzanı elə bir şəkildə yenidən qurmaqdır ki, orada hər kəs yan-yana yaşaya və bir daha münaqişə, müharibə, insan əzabı və dağıntıların geri qayıtması barədə narahat olmasın.” (Tass)
