ABŞ prezidenti Donald Trampın Çinə səfəri təxminən altı həftə təxirə salınıb. Amerika lideri bunu Ağ Evdə Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə görüşündə jurnalistlərə bildirib.
ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi bildirib ki, “Səfər təxminən bir ay yarım təxirə salınıb”. Onun əvvəllər 31 mart – 2 aprel tarixlərində Çində olması planlaşdırılırdı.
“Sədr Si Cinpinlə birlikdə Çinə səfərim zamanı Yaponiyanı tərifləyəcəyəm”, – deyə Amerika lideri bildirib. O, həmçinin Pekin və Tokio arasındakı münasibətlərdə gərginliyin qaldığını da qeyd edib.
Bu baxımdan, Takaiçi Yaponiyanın “Çin ilə dialoqa açıq” olduğunu iddia etdi.
