Vladimir Zelenski bildirib ki, Ukraynanın növbəti qışda enerji sisteminin sabitliyini təmin etmək üçün ən azı 5 milyard avroya ehtiyacı var.
“Biz Ramşteyn formatında enerji görüşləri keçirdik və bütün iştirakçılar vəziyyət və ehtiyaclarımız barədə ətraflı məlumat aldılar. Enerji sistemimizi qorumaq üçün tez bir zamanda hərəkətə keçməliyik. Zaman vacibdir. Bu iş indi başlamalıdır. Buna görə də, 90 milyard avroluq paket çərçivəsində gələn qış üçün enerji dayanıqlığını təmin etmək üçün ən azı 5 milyard avro maliyyələşdirməyə ehtiyac var. Eyni şey müdafiəyə də aiddir”, – deyə o, Aİ Şurasındakı çıxışı zamanı bildirib. Mətn Zelenskinin ofisinin saytında dərc olunub. (Tass)
