ABŞ prezidenti Donald Tramp iddia edir ki, Tehran onlarla razılığa gəlməkdən imtina edərsə, ABŞ İranın elektrik stansiyalarını və neft infrastrukturunu məhv etməyə hazırdır.
O, ABŞ-ın İranın yeni rəhbərliyi ilə razılığa gəlməyə çalışdığını qeyd etdi. “iran liderlərindən ibarət yeni qrup daha az radikal və daha ehtiyatlıdır. Lakin, bu müddət ərzində razılığa gəlinməsə, əsas hədəflərə diqqət yetirəcəyik. Razılaşma olmazsa, onların hər bir elektrik stansiyasına çox sərt zərbələr endirəcəyik və çox güman ki, eyni vaxtda”, – deyə o, Ağ Evdən həmvətənlərinə televiziya ilə müraciətində bildirib.
Tramp deyib: “Biz onların neft obyektlərinə zərbə endirmədik, baxmayaraq ki, bu, ən asan hədəfdir, çünki bu, onlara sağ qalmaq və ya bərpa olmaq üçün ən kiçik bir şans belə verməzdi. Amma biz onları vura bilərdik və hər şey məhv olardı və onlar bu barədə heç nə edə bilməzdilər”. (Tass)
