ABŞ yaxın iki-üç həftə ərzində İrana qarşı zərbələri gücləndirəcək. Bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdən xalqa televiziya ilə müraciətində bildirib. Müraciətdə ABŞ-İsrail əməliyyatı müzakirə olunub.
“Bu gün deyə bilərəm ki, tezliklə bütün hərbi məqsədlərimizə çatmaq yolundayıq. İki-üç həftə ərzində onları (İran ) fövqəladə güclə vuracaq və onları Daş dövrünə qaytaracağıq”, – deyə Tramp bildirib.
