ABŞ prezidenti Donald Tramp, 2000-ci ildə Əl-Qaidə yaraqlıları tərəfindən USS Cole gəmisinin bombalanmasına görə məsuliyyəti İranın üzərinə atmağa cəhd göstərib.
“Onlar 47 ildir ki, insanları öldürürlər. Bir düşünün. SS Cole. Onlar çox pis işlərdə iştirak ediblər”, – deyə Amerika lideri Fox News-a verdiyi müsahibədə İrana qarşı Amerika-İsrail kampaniyasının gedişatını şərh edərkən bildirib. ABŞ prezidenti Tehranı ABŞ Hərbi Dəniz Qüvvələrinin esminesi (USS Cole) partlatmaqda niyə günahkar hesab etdiyini izah etməyib.
Bu arada, ABŞ Federal Təhqiqat Bürosunun (FTB) veb saytında 12 oktyabr 2000-ci ildə Yəmənin Ədən limanında baş verən terror aktının Əl-Qaidə şəbəkəsi tərəfindən törədildiyi barədə məlumat yerləşdirilib. Sənəddə deyilir: “FTB-nin geniş araşdırması nəticəsində sonda Əl-Qaidə terror şəbəkəsinin üzvlərinin partlayışı planlaşdırdığı və həyata keçirdiyi müəyyən edilib”. ABŞ hakimiyyəti Yəmən əsilli Səudiyyə Ərəbistanı vətəndaşı Əbd əl-Rəhim əl-Nasirini hücumu təşkil etməkdə ittiham edib. Esminestrin intiharçı bombardmanı nəticəsində 17 amerikalı dənizçi həlak olub.
