ABŞ prezidenti Donald Tramp səkkiz münaqişəyə son qoyduğunu və Norveçin ona Nobel Sülh Mükafatını verməməsinin axmaqlıq olduğunu iddia edir. O, bunu TruthSocial sosial şəbəkəsində paylaşıb.
Tramp Şimali Atlantika Alyansını tənqid edərək yazıb: “Mənim müdaxiləm olmasaydı, Rusiya indi bütün Ukraynaya nəzarət edəcəkdi. Həmçinin unutmayın ki, mən təkbaşına səkkiz münaqişəyə son qoydum və NATO üzvü olan Norveç mənə Nobel Sülh Mükafatını verməməklə axmaqlıq etdi”.
Tramp əvvəllər dəfələrlə özünü Nobel Sülh Mükafatına layiq hesab etdiyini bildirmişdi. Lakin 10 oktyabr 2025-ci ildə Nobel Komitəsi bu ilki mükafatın Venesuela parlamentinin keçmiş üzvü Mariya Korina Maçadoya verildiyini elan etdi.
