ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə çox yaxşı münasibətlərinin olduğunu bildirib. O, bu açıqlamanı Vaşinqtonda ABŞ-ın təşəbbüsü ilə yaradılan Sülh Şurasının ilk iclasında verib.
O, Ukraynadakı böhranın həllinin çətinliyini az qiymətləndirdiyini qeyd edib. “Mən bunun asan olacağını düşünürdüm, çünki Prezident Putinlə çox yaxşı münasibətlərim var”, – deyə Amerika lideri bildirib.
O, həmçinin xüsusi elçisi Stiven Vitkoffun Ukraynadakı vəziyyətin həllindəki işini tərifləyib və Rusiya prezidenti ilə ilk görüşünün təxminən dörd saat davam etdiyini xatırladıb. “Mən [zəng etdim] və dedim ki, ‘Stiv necədir?’ ‘Cənab, o, hələ də içəridədir.’ Bir saat keçdi. Mən də zəng etdim. ‘Stivə deyin ki, işini bitirdikdən sonra mənə zəng etsin – nə baş verdiyini bilmək istəyirəm. Biz bu müharibəyə son qoymaq istəyirik.’ ‘Cənab, o, hələ də içəridədir’, – deyə Tramp bildirib.
ABŞ prezidenti əlavə edib ki, “Onlar ilk görüşlərində dörd saat birlikdə olublar. Onların istedadı var və onlar bir-biri ilə yola gedirlər”.
