ABŞ prezidenti Donald Tramp Qəzza zolağında atəşkəs rejimini davamlı adlandırıb.
“Atəşkəs kövrək deyil, güclüdür”, – Amerika lideri CBS News- a müsahibəsində deyib.
Tramp həmçinin bildirib ki, Fələstinin radikal HƏMAS hərəkatı sülh şərtlərinə əməl etməsə, dərhal məhv edilə bilər.
Oktyabrın 9-da İsrail və HƏMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Trampın təqdim etdiyi sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəliblər. Qəzzada atəşkəs oktyabrın 10-da qüvvəyə minib. (Tass)
