ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna böhranının həlli Yaxın Şərqdəki Fələstin-İsrail münaqişəsindən daha çətin ola bilər.
O, bunu Ağ Evdə Kanadanın baş naziri Mark Karni ilə görüşün əvvəlində jurnalistlərə deyib.
“Mən bunu həll etməyin asan olacağını düşünürdüm, lakin məlum oldu ki, bu, Yaxın Şərqdəkindən daha çətindir. Yaxın Şərqlə nə baş verəcəyini görəcəyik” deyib.
