Gürcüstan və ABŞ aprel ayında ölkələr arasında münasibətlərin yenidən qurulması üçün təməl qoyacaq bir neçə yüksək səviyyəli danışıqlar aparacaqlar. Bu barədə hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze ” Rustavi 2 ” televiziyasına verdiyi müsahibədə bildirib.
“Bilirsiniz ki, aprel ayında (Gürcüstan və ABŞ arasında ) müxtəlif görüşlər keçiriləcək və maraqlı xəbərlər olacaq. Əminəm ki, ölkəmizi və şəhərimizi sevənlər tezliklə ictimaiyyətə açıqlanacaq bu məlumatla fəxr edəcəklər. Bu, ümumilikdə münasibətlərə və gələcək tərəfdaşlığa, eləcə də münasibətlərin dərinləşməsinə aiddir. Əlavə detalları açıqlamaqdan çəkinəcəyəm; hadisələrin inkişafını gözləyəcəyik və hər şey aydınlaşacaq”, – Kaladze bildirib.
Siyasətçi bir daha Tbilisi ilə Vaşinqton arasında münasibətlərin yenidən qurulacağına və təmiz səhifə ilə davam edəcəyinə ümid etdiyini bildirib. (Tass)
