Polşa oktyabrın 1 və 2-də Kopenhagendə keçirilməsi planlaşdırılan Aİ və Avropa Siyasi Birliyinin (EPC) qeyri-rəsmi sammitlərinin təhlükəsizliyini təmin etmək üçün Danimarkaya hərbi kontingent göndərəcək. Bu barədə Polşanın Baş naziri Donald Tusk Nazirlər Kabinetinin iclasından əvvəl bildirib.
“Biz prezidentin razılığı ilə kontingenti [Danimarkaya] göndərmək qərarına gəldik” deyib Tusk. Polşanın baş naziri Danimarkaya “PUA əleyhinə mütəxəssislər və müasir döyüş texnikası üzrə mütəxəssislərin” göndəriləcəyini bildirib.
Danimarka daha əvvəl müttəfiqlərindən onun hava məkanında naməlum pilotsuz təyyarələrlə bağlı insidentlərdən sonra Aİ və AQS sammitləri üçün təhlükəsizliyin təmin edilməsinə yardım etmələrini xahiş etmişdi. Ritzau xəbər agentliyinin məlumatına görə, Almaniya hava məkanına nəzarət etmək və Kopenhageni dronlardan qorumaq üçün təxminən 40 hərbçi yerləşdirir, Fransa isə “Fennec” hərbi helikopteri və 35 mütəxəssislə təmin edir. İsveç bir Counter-UAV sistemi (UAS), bir neçə radar, motosiklet polisi və polis itləri verəcək. Agentlik aydınlaşdırıb ki, Norveç polis zabitlərini təmin edəcək, NATO “birgə şəkildə əks-dron imkanlarına töhfə verəcək” və Ukrayna “Danimarkanın pilotsuz təyyarələrin hücumlarına qarşı müdafiəsini gücləndirmək üçün təcrübə təklif edib”. (Tass)
