Ukrayna Müdafiə Nazirliyi təsdiqləyib ki, Ukraynaya silah tədarükü üzrə təmas qrupunun “Ramşteyn” formatında görüşü aprelin 15-də keçiriləcək.
Ukrayna Müdafiə Nazirliyinin Telegram kanalında yer alan məlumata görə, Ukraynanın Müdafiə naziri Mixaylo Fedorov alman həmkarı Boris Pistoriusla söhbət edib. “Tərəflər Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun aprelin 15-də keçiriləcək növbəti iclasına hazırlıq məsələlərini müzakirə ediblər. Ukrayna və Almaniya yaxın gələcəkdə həyata keçirilməsi üçün bir sıra birgə layihələr hazırlayır”, – deyə Ukrayna Müdafiə Nazirliyinin Telegram kanalında yerləşdirilən məlumatda bildirilir.
Bu layihələrə hava hücumundan müdafiə sistemlərinin əhəmiyyətli dərəcədə gücləndirilməsi, dronların alınması üçün əlavə maliyyələşdirmə və ümumi texnoloji həllərin hazırlanması daxildir.
