Ukrayna Nazirlər Kabineti korrupsiya qalmaqalı səbəbindən dövlətə məxsus Sense Bank-ın müşahidə şurasının rəhbəri Nikolay Qladişşenkonun səlahiyyətlərinə xitam verib. Ukraynanın Baş naziri Sergey Koretski bildirib ki, müşahidə şurasına hökumət nümayəndəsi də təyin edilib.
“Bugünkü iclasda hökumət Sense Bank ilə bağlı əlavə kadr qərarları qəbul etdi. Müşahidə şurasının rəhbəri Nikolay Qladişşenkonun səlahiyyətlərinə xitam verilib. Həmçinin, Maliyyə Nazirliyinin təklifi ilə idarəetmə orqanlarında kvorumun yaradılmasını sürətləndirmək üçün bankın müşahidə şurasına hökumət nümayəndəsi təyin edilib”, – deyə o, Telegram kanalında yazıb.
Onun sözlərinə görə, Maliyyə Nazirliyi Milli Bankla birlikdə “bankın düzgün korporativ idarəçiliyini dərhal təmin etməli” və onun satışına hazırlaşmalıdır. (Tass)
