Ukrayna Xarici İşlər Nazirliyi avropalı tərəfdaşları və ABŞ-ı dərhal uzaq mənzilli raketlər və hərbi maliyyələşdirmə üçün Kiyevə daha çox pul köçürməyə çağırıb.
“Biz tərəfdaşlarımızı Ukrayna səmasını qorumaq üçün dərhal Ukraynaya əlavə hava hücumundan müdafiə qüvvələri, uzaqmənzilli silahlar, əlavə hərbi yardım paketləri verməyə çağırırıq”, – Ukrayna Xarici İşlər Nazirliyinin Facebook sosial şəbəkəsində bəyanatında deyilir. (Tass)
