İyul 11, 2026-4:23
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Uşaqların rəqəmsal təhlükəsizliyi: məktəblərin üzərinə hansı vəzifələr düşür?

2026:07:10 - 12:20
in SOSİAL
A A

Rəqəmsal texnologiyalar uşaqların təhsil alması, ünsiyyət qurması və informasiya əldə etməsi üçün yeni imkanlar yaratsa da, onların təhlükəsizliyi ilə bağlı çağırışları da gündəmə gətirir. Sosial şəbəkələrdə yaşa uyğun olmayan məzmun, kibertəzyiq, dezinformasiya, rəqəmsal asılılıq və şəxsi məlumatların qorunması məsələləri bu gün valideynləri, müəllimləri və mütəxəssisləri düşündürən əsas mövzulardandır. Bu baxımdan uşaqların rəqəmsal mühitdə təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması dövlət, məktəb və ailənin birgə fəaliyyətini tələb edən mühüm istiqamət hesab olunur.

Bəs bu prosesdə məktəblərin və müəllimlərin rolu nədən ibarətdir? Şagirdlərdə rəqəmsal təhlükəsizlik mədəniyyəti necə formalaşdırılır? Mövzu ilə bağlı AZƏRTAC-ın suallarını Bakı şəhəri 17 nömrəli tam orta məktəbin müəllimi Elmira Ağayeva cavablandırıb.

– Uşaqların rəqəmsal mühitin zərərli təsirlərindən qorunmasında məktəb və ailənin üzərinə hansı vəzifələr düşür?

– Hesab edirəm ki, bu məsələdə məktəb və ailə bir-birini tamamlayan iki əsas tərəfdir. Valideyn yalnız qadağalarla kifayətlənməməli, övladının internetdə hansı məzmunla maraqlandığını bilməli, onunla açıq və etibarlı ünsiyyət qurmalıdır. Məktəbin vəzifəsi isə şagirdlərdə rəqəmsal mühitdən düzgün, təhlükəsiz və məsuliyyətli istifadə vərdişləri formalaşdırmaqdır.

Şagirdlərə şəxsi məlumatların qorunması, kibertəhlükələr, kiberbullinq, informasiyanın düzgün qiymətləndirilməsi və sosial şəbəkələrdən təhlükəsiz istifadə qaydaları mütəmadi izah edilməlidir. Ən vacib məqamlardan biri isə məktəb və valideyn arasında davamlı əməkdaşlığın təmin olunmasıdır. Bu əməkdaşlıq güclü olduqda uşaqların rəqəmsal mühitdə qarşılaşa biləcəyi risklərin qarşısını almaq daha asan olur.

– Rəqəmsal təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasında müəllimlərin rolu nədən ibarətdir?

– Müəllim şagird üçün hər zaman nümunədir. Buna görə də müəllim ilk növbədə öz davranışı ilə rəqəmsal etikaya əməl etməli, bu mədəniyyəti şagirdlərə aşılamalıdır. Dərs prosesində təhlükəsiz internetdən istifadə, məlumatların doğruluğunun yoxlanılması, müəllif hüquqları, şəxsi məlumatların qorunması və rəqəmsal vətəndaşlıq kimi mövzulara mütəmadi yer verilməsi vacibdir.

Hesab edirəm ki, rəqəmsal təhlükəsizlik ayrıca bir mövzu kimi deyil, bütün fənlərin və gündəlik tədris prosesinin tərkib hissəsi olmalıdır. Hazırda icraçılarından biri olduğum “Rəqəmsal yay məktəbi” layihəsi çərçivəsində müəllim və şagirdlərlə süni intellekt, təhlükəsiz internet, rəqəmsal vətəndaşlıq və “Rəqəmsal məktəb” platformasının imkanları ilə bağlı maarifləndirici sessiyalar keçiririk. Bu cür təşəbbüslər rəqəmsal təhlükəsizlik mədəniyyətinin formalaşmasına mühüm töhfə verir.

– Məktəblərdə şagirdlərin rəqəmsal savadlılığını və təhlükəsiz internetdən istifadə bacarıqlarını artırmaq üçün hansı addımlar atılır?

– Son illərdə bu istiqamətdə mühüm işlər görülür. Məktəblərdə rəqəmsal bacarıqların inkişafına yönəlmiş dərslər, layihələr, maarifləndirici tədbirlər və müxtəlif təlimlər təşkil edilir. Biz də “Rəqəmsal yay məktəbi” layihəsi çərçivəsində müəllim və şagirdlər üçün süni intellekt, təhlükəsiz internet, rəqəmsal vətəndaşlıq və “Rəqəmsal məktəb” platformasının imkanlarına həsr olunan sessiyalar keçiririk. Bu təşəbbüslər iştirakçıların rəqəmsal savadlılığını artırmaqla yanaşı, texnologiyadan təhlükəsiz, etik və məqsədyönlü istifadə bacarıqlarının inkişafına xidmət edir.

– Şagirdlərlə ünsiyyətdə sosial şəbəkələrin yaratdığı hansı müsbət və ya mənfi dəyişiklikləri daha çox müşahidə edirsiniz?

– Sosial şəbəkələr şagirdlərə informasiya əldə etmək, biliklərini zənginləşdirmək, yaradıcılıq potensialını nümayiş etdirmək və layihələrini daha geniş auditoriyaya çatdırmaq üçün mühüm imkanlar yaradır.

Bununla yanaşı, həddindən artıq istifadə diqqətin dağılmasına, canlı ünsiyyət bacarıqlarının zəifləməsinə və yanlış məlumatların təsiri altına düşməyə səbəb ola bilər. Kiberbullinq, sosial müqayisə və rəqəmsal asılılıq kimi hallar da uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərir. Buna görə də şagirdlərdə sosial şəbəkələrdən balanslı, məqsədyönlü və təhlükəsiz istifadə mədəniyyətinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.

– Uşaqların rəqəmsal mühitin zərərli təsirlərindən qorunmasında məktəb və ailənin üzərinə hansı vəzifələr düşür?

– Düşünürəm ki, uşağın rəqəmsal təhlükəsizliyi hər iki tərəfin ortaq məsuliyyətidir. Valideyn evdə nəzarət və dəstək mühiti yaratmalı, övladına etibar etməklə yanaşı, onun rəqəmsal fəaliyyətinə maraq göstərməlidir. Məktəb isə uşaqları təhlükələrdən qorumağın yollarını öyrətməli, onlarda tənqidi düşüncə və məsuliyyət hissini inkişaf etdirməlidir. Uşaqlar yalnız texnologiyadan istifadə etməyi deyil, ondan təhlükəsiz, etik və faydalı şəkildə yararlanmağı da öyrənməlidirlər. Bu istiqamətdə məktəb, ailə və cəmiyyət birlikdə fəaliyyət göstərdikdə daha uğurlu nəticələr əldə etmək mümkündür.

Əvvəlki Yazı

Geofit bitkilərin populyasiyası sürətlə azalır

Növbəti Yazı

“Azərbaycan dilində köməkçi və xüsusi nitq hissələrinin diaxronik-dialektoloji tədqiqi” – yeni dərs vəsaiti

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.