İyul 2, 2026-22:22
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Üzeyir Hacıbəylinin 140 illik yubileyi Ukraynada konsert proqramı ilə qeyd olunub

2025:09:19 - 14:36
in MƏDƏNİYYƏT
A A

Azərbaycan milli musiqisinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin 140 illik yubileyi Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində konsert proqramı ilə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, konsertdə şəhər meriyasının mədəniyyət şöbəsinin rəhbərliyi, şəhər Şurasının deputatları, diaspor fəalları, ictimaiyyət nümayəndələri, media təmsilçiləri iştirak ediblər.

Ukrayna Azərbaycanlıları Radası Krivoy Roq şəhər təşkilatının keçirdiyi tədbirdən əvvəl iştirakçılar Azərbaycana rəsm sərgisi ilə tanış olublar.

Azərbaycan və Ukraynanın Dövlət himnlərinin səsləndirilməsindən sonra çıxış edən Krivoy Roq şəhərində Azərbaycan diasporunun rəhbəri Kəmaləddin Ağayev bildirib ki, ən çox hava hücumlarına məruz qalan şəhərlərdən biri olan Krivoy Roqda Üzeyir Hacıbəylinin 140 illik yubileyinin qeyd edilməsi milli musiqimizin təbliğinə xidmət edir. Bu, eyni zamanda, milli musiqimizin birləşdirici gücünü, mədəniyyətlər arasında dialoqun qurulmasına və ümumbəşəri dəyərlərə verilən qiyməti göstərir.

Krivoy Roq şəhər Meriyasının mədəniyyət şöbəsinin rəhbəri İrina Vasileyevna, Müslüm Maqomayev adına Beynəlxalq Fondun sədri Hafiz Aslanov isə çıxışlarında Üzeyir Hacıbəylinin Azərbaycanın milli musiqi kimliyinin formalaşmasında müstəsna rolu haqqında danışıblar. Bildirilib ki, Ü.Hacıbəylinin əsərləri Azərbaycan sərhədlərini aşaraq, dünya səhnələrində uğurla nümayiş olunub və xalqlar arasında mədəni körpüyə çevrilib.

Sonra Krivoy Roq şəhərinin kamera orkestrinin iştirakı ilə Üzeyir Hacıbəylinin, Qara Qarayevin və Firəngiz Əlizadənin əsərləri ifa edilib. Konsert iştirakçıların alqışları ilə başa çatıb.

Əvvəlki Yazı

İsrail ordusu Ramallahda bir qrup fələstinli radikalı raketlərlə saxladığını bildirib

Növbəti Yazı

Azərbaycan Milli Xalça Muzeyində “Tacik tikmə dünyası” sərgisi açılacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.