Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) tədbirində iştirak etmək üçün 174 ölkədən 20 000 nəfər qeydiyyatdan keçib.
“Report” bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətinə istinadən xəbər verir.
Xatırladaq ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Bu mötəbər tədbir Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur. Forumun əsas məqsədi dayanıqlı şəhərsalma, “ağıllı şəhər”lər və innovativ şəhər həlləri sahəsində qlobal təcrübələrin mübadiləsini təmin etməkdir.
