İyul 26, 2026-7:27
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə HADİSƏ

Xalq artisti Tofiq Mirzəyev 94 yaşında vəfat edib, İsraildə dəfn ediləcək

2026:07:22 - 11:56
in HADİSƏ
A A

Azərbaycanın Xalq artisti, tanınmış kino aktyoru Tofiq Mirzəyev ötən gün gecə saatlarında İsrailin Beer-Şeva şəhərində yerləşən xəstəxanada vəfat edib.

Bu barədə APA-ya açıqlamasında İsraildə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman məlumat verib.

O qeyd edib ki, Xalq artisti 2 ay əvvəl insult səbəbilə sözügedən xəstəxanaya yerləşdirilib: “Tofiq Mirzəyevin səhhəti bir müddət əvvəl yaxşılaşsa da, son günlər yenidən halı pisləşdi. Özü sağlığında dəfələlərlə Bakıda dəfn olunmağı ilə bağlı arzularını dilə gətirsə də, bu gün İsrailin Araj şəhərindəki qəbiristanlıqda dəfn olunması planlaşdırılır”.

Xatırladaq ki, Tofiq Mirzəyev 1932-ci ildə Gədəbəy rayonunda anadan olub. 1976-cı ildə Azərbaycan SSR-in Əməkdar artisti fəxri adına layiq görülən sənətçi Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. O, 2022-ci il iyunun 14-də Azərbaycan Respublikasının Xalq artisti fəxri adına və həmin tarixdə “Şöhrət” ordeninə layiq görülüb. Tofiq Mirzəyev “Nəsimi”, “Üzeyir ömrü”, “O qızı tapın”, “Onun bəlalı sevgisi”, “Uşaqlığın son gecəsi”, “İstintaq” kimi filmlərdə rol alıb.

Əvvəlki Yazı

Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək

Növbəti Yazı

Livan İsrail işğalına son qoymaq niyyətindədir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.