Avqust 7, 2026-15:02
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Zaqatala Kollecinin tələbələrinə Türkiyədə təcrübə imkanı: yeni memorandum imzalandı

2026:08:06 - 11:00
in SOSİAL
A A

Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci ilə Sakarya Uygulamalı Bilimlər Universiteti (SUBÜ) arasında akademik, institusional və tətbiqyönümlü əməkdaşlığın inkişafını nəzərdə tutan anlaşma memorandumu imzalanıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə kollecdən məlumat verilib. Bildirilib ki, memorandumu Sakarya Uygulamalı Bilimlər Universitetinin rektoru professor Mehmet Sarıbıyık və Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Dürrə Hacıyeva imzalayıbıar.

Əməkdaşlıq çərçivəsində əsas fəaliyyətlərin SUBÜ-nün orta ixtisas təhsilinə uyğun yüksək peşə məktəbləri (meslek yüksekokulları) ilə həyata keçirilməsi planlaşdırılır. Tərəflər orta ixtisas təhsili, tətbiqyönümlü təhsil, kənd təsərrüfatı, informasiya texnologiyaları, rəqəmsal transformasiya, idarəetmə və regional inkişaf istiqamətlərində birgə fəaliyyət göstərəcəklər. Eyni zamanda, tələbələr üçün layihə həftələri, müsabiqələr və hakatonların hazırlanması nəzərdə tutulur.

Memorandum çərçivəsində dayanıqlı kənd təsərrüfatı, avtomobil texnologiyaları, informasiya texnologiyaları, kibertəhlükəsizlik, rəqəmsal kənd təsərrüfatı və süni intellekt tətbiqləri üzrə birgə seminarlar, təlimlər və praktiki fəaliyyətlər həyata keçirilməklə yanaşı, müəllim heyəti üçün də peşəkar inkişaf proqramları, təcrübə mübadiləsi və işyeri əsaslı öyrənmə modellərinin paylaşılması da əməkdaşlığın əsas istiqamətlərindəndir.

Üç il müddətinə qüvvədə olacaq əməkdaşlıq hər iki təhsil müəssisəsinin mövcud imkanları çərçivəsində həyata keçiriləcək, tələbələrin bilik və bacarıqlarının inkişafına, innovativ yanaşmaların tətbiqinə, eləcə də beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verəcək.

Təhsil müəssisə rəhbərlərinin növbəti görüşünün Zaqatalada keçirilməsi planlaşdırılır.

Əvvəlki Yazı

Paşinyan milliləşdirmədən sonra Karapetyanın Elektrik Şəbəkələrinin konsessiyaya verildiyini elan etdi

Növbəti Yazı

Ali Rada Stefanişinanın NABU rəhbərinin təyinatına təsir göstərmək cəhdləri barədə məlumat verib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.