İyul 29, 2026-3:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Zaqatala rayonundan götürülmüş arı nümunələrinin molekulyar-genetik xüsusiyyətləri öyrənili

2026:07:28 - 14:56
in SOSİAL
A A

Zaqatala rayonundan götürülmüş arı nümunələrinin molekulyar-genetik xüsusiyyətlərinin öyrənilməsi məqsədilə Genetik Ehtiyatlar İnstitutunun laboratoriyasında DNT ekstraksiyası həyata keçirilib.

Əldə olunan genom DNT-si yerli arı populyasiyalarının genetik müxtəlifliyinin, Qafqaz arısı (Apis mellifera caucasica) ilə genetik yaxınlığının və digər arı cinsləri ilə mümkün fərqlərinin müəyyənləşdirilməsi üçün növbəti tədqiqat mərhələlərində istifadə olunacaq.

Bunu AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov söyləyib.

Azərbaycanın mühüm arıçılıq mərkəzlərindən biri olan Zaqatala rayonunda yetişdirilən arı populyasiyalarının genetik xüsusiyyətlərinin müəyyənləşdirilməsi məqsədilə elmi araşdırmalar həyata keçirilib.

Bölgədə əsasən Qafqaz dağ arısı yayılıb. Bu arı cinsi uzun xortumu, sakit xasiyyəti, aşağı oğulvermə meyli, soyuq və rütubətli iqlim şəraitinə davamlılığı ilə fərqlənir. Zaqatala arıları yerli təbii şəraitə uyğunlaşaraq yüksək məhsuldarlıq nümayiş etdirir, xüsusilə şabalıd, akasiya və cökə kimi nektarlı bitkilərdən keyfiyyətli bal toplamaq qabiliyyəti ilə seçilir.

Tədqiqatın nəticələri Azərbaycanın qiymətli arı genofondunun qorunmasına, yerli arı populyasiyalarının davamlı inkişafına və elmi əsaslarla seleksiya proqramlarının hazırlanmasına töhfə verəcək.

Əvvəlki Yazı

Əlyazmalar İnstitutunda mühafizə olunan almandilli materialların kataloqu nəşr edilib

Növbəti Yazı

Almaniya potensial terrorçular üçün elektron bilərziklərdən istifadə etməyə çağırır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.