Vladimir Zelenski bildirib ki, ABŞ Ukraynaya Patriot hava hücumundan müdafiə sistemi üçün raket istehsalına icazə verməkdən imtina edib. “İllər əvvəl Ukrayna Amerika ilə Avropada, xüsusən də Patriot üçün kifayət qədər raket istehsalının qurulmasının vacibliyini müzakirə etmişdi. Lisenziyalar vəd edilmişdi, amma Amerika sonda buna qarşı çıxdı”, – deyə o bildirib.
Zelenski əlavə edib ki, Ukrayna guya öz ərazisində, eləcə də Rumıniya, Polşa və regiondakı digər NATO tərəfdaşları ilə birgə istehsala başlamağı təklif edib.
Rusiya xüsusi hərbi əməliyyata başladıqdan bəri Kiyevin Qərb müttəfiqləri Ukraynaya silah təchizatını əhəmiyyətli dərəcədə artırıb və getdikcə artan yardım paketləri təqdim edirlər. (Tass)
