İyun 29, 2026-21:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan bu gün regionun ən sabit dövlətlərindən biridir 

2026:06:29 - 17:20
in SİYASƏT
A A

Mürəkkəb geosiyasi proseslərə, iqtisadi çağırışlara və regional təhlükələrə baxmayaraq, son 35 illik müstəqillik tarixində Azərbaycan sabit inkişaf modelini formalaşdıraraq mühüm nailiyyətlər əldə edib. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin əldə etdiyi uğurların əsasında siyasi, iqtisadi və sosial sabitlik dayanır. Bu sabitlik Azərbaycanın davamlı inkişafının, beynəlxalq nüfuzunun və milli təhlükəsizliyinin əsas təminatına çevrilib. Müstəqilliyin ilk illərində üzləşdiyi ağır sınaqlardan uğurla çıxan Azərbaycan bu gün regionun ən sabit dövlətlərindən biridir. Son onilliklər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin olunub, iqtisadi inkişaf üçün etibarlı zəmin yaradılıb, sosial rifahın yüksəldilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “sabitlik təsadüfi amil deyil, düşünülmüş dövlət idarəçiliyinin nəticəsidir”. Məhz bu amil ölkəyə uzunmüddətli inkişaf proqramlarını uğurla reallaşdırmağa, xarici sərmayələri cəlb etməyə və beynəlxalq tərəfdaşlarla etibarlı əməkdaşlıq münasibətləri qurmağa imkan verib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

O bildirib ki, Azərbaycan iqtisadiyyatı son illərdə neft amilindən asılılığın azaldılması istiqamətində mühüm uğurlar əldə edib. Hazırda qeyri-neft sektoru ÜDM-in 70 faizindən çoxunu təşkil edir ki, bu da iqtisadiyyatın uğurla şaxələndirildiyini göstərir. Ölkənin makroiqtisadi göstəricilərinə gəlincə, xarici dövlət borcunun ÜDM-in cəmi 6 faizini təşkil etməsi Azərbaycanın dünyanın ən aşağı borclu ölkələrindən biri olduğunu göstərir. Müstəqillik dövründə iqtisadiyyata təxminən 350 milyard ABŞ dolları həcmində investisiyanın cəlb olunması isə beynəlxalq etimadın göstəricisidir.

“Sosial sahədə də mühüm nailiyyətlər əldə olunub. Hazırda həm yoxsulluq, həm də işsizlik səviyyəsinin təxminən 5 faiz olması dövlətin sosial siyasətinin səmərəliliyini nümayiş etdirir. Bu nəticələr iqtisadi inkişafın cəmiyyətin rifahına birbaşa təsir etdiyini göstərən mühüm göstəricilərdir. Azərbaycan, həmçinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətlərdən biridir. Hazırda ölkəmiz 16 dövlətə təbii qaz ixrac edir və etibarlı enerji tərəfdaşı kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Bununla yanaşı, Azərbaycan coğrafi üstünlüklərini səmərəli şəkildə dəyərləndirərək Avrasiya məkanının mühüm logistika mərkəzinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin ölkə ərazisindən keçməsi tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışı zamanı Prezident bəyan etdi ki, əsas məqsədlərdən biri tranzit yüklərinin həcmini yaxın illərdə iki dəfə artırmaqdır. Enerji siyasətində yeni mərhələ isə yaşıl enerji istiqamətidir”, – deyə Milli Məclisin deputatı vurğulayıb.

O qeyd edib ki, Azərbaycanın 2032-ci ilədək 8 giqavat Günəş və külək enerjisi istehsal gücü yaratmaq planı ölkənin enerji balansında bərpaolunan mənbələrin xüsusi çəkisini artıracaq, həm daxili tələbatın ödənilməsinə, həm də əlavə enerji ixracına geniş imkanlar açacaq. Son 6 ilin əsas prioritetlərindən biri də Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır. Qeyd etməliyik ki, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması ölkə tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, yeni inkişaf mərhələsinin əsasını qoydu. İşğaldan azad edilmiş ərazilərdə bu gün genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Bu günədək həmin ərazilərə təxminən 17 milyard ABŞ dollarına yaxın investisiya yönəldilib. Müasir şəhərlər, kəndlər, yollar, hava limanları, elektrik stansiyaları, məktəblər, xəstəxanalar və digər infrastruktur obyektləri inşa edilir.

N.Məmmədova diqqətə çatdırıb ki, Böyük Qayıdış proqramı uğurla davam edir və artıq 90 minə yaxın insan doğma yurdlarında yaşayır, çalışır və təhsil alır. Qarabağ və Şərqi Zəngəzur müasir şəhərsalma prinsipləri əsasında Azərbaycanın ən inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir. Azərbaycan postmünaqişə dövründə regionda davamlı sülhün təmin olunması istiqamətində də ardıcıl təşəbbüslərlə çıxış edir. Bu siyasət Cənubi Qafqazda uzunmüddətli sabitliyin və əməkdaşlığın formalaşmasına xidmət edir. Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf prioritetləri Azərbaycanın qarşıdakı illərdə də dinamik inkişafını təmin etməyə hesablanıb. Bu istiqamətdə iqtisadiyyatın daha da şaxələndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, nəqliyyat-logistika infrastrukturunun daha da genişləndirilməsi əsas vəzifələr sırasında yer alır. Bununla yanaşı, yaşıl enerji, rəqəmsal iqtisadiyyat, innovasiya, yüksək texnologiyalar və ekoloji dayanıqlılıq dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edilib. Azərbaycanın yaşıl keçid strategiyası iqtisadi inkişafın yeni mərhələsini formalaşdırmaqla yanaşı, həm də ölkənin qlobal iqlim gündəliyinə verdiyi töhfəni nümayiş etdirir.

Əvvəlki Yazı

“Türk Dünyası Həftəsi” türk xalqlarının mənəvi birliyinin önəmini bir daha təsdiqləyir

Növbəti Yazı

İşğaldan azad olunmuş ərazilərin bərpası dövlət siyasətinin başlıca prioritetlərindəndir ŞƏRH

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.