Aprel 20, 2026-16:15
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Bakıda Qazaxıstanın 20-dən çox universitetinin iştirakı ilə təhsil sərgisi keçiriləcək

2026:04:20 - 12:04
in SOSİAL
A A

Bakıda mayın 2-də gənclərin gələcək təhsil seçimlərinə dəstək məqsədilə genişmiqyaslı təhsil sərgisi keçiriləcək.

“Report” xəbər verir ki, tədbir “İZ Community”nin təşkilatçılığı ilə “Study in Kazakhstan” layihəsi çərçivəsində reallaşdırılır.

Sərgidə Qazaxıstanın 20-dən çox aparıcı ali təhsil müəssisəsi, o cümlədən Əl-Fərabi adına Qazax Milli Universiteti, L.N. Qumilyov adına Avrasiya Milli Universiteti və Turan Universiteti təmsil olunacaq.

Bununla yanaşı, Cardiff University də tədbirdə iştirak edəcək.

Eyni zamanda, ölkənin qabaqcıl liseyləri və təhsil, karyera, fərdi inkişaf sahəsində fəaliyyət göstərən yerli brendlər də öz proqram və xidmətlərini təqdim edəcəklər.

“Beynəlxalq təhsil evinizə daha yaxın” şüarı ilə keçirilən sərgi şagirdlər, tələbələr və valideynlər üçün xaricdə təhsil imkanları, təqaüd proqramları, qəbul şərtləri və karyera perspektivləri barədə birbaşa məlumat əldə etmək imkanı yaradacaq.

Sərgiyə giriş tamamilə sərbəstdir və əvvəlcədən qeydiyyat tələb olunmur. Ziyarətçilər birbaşa tədbirə qatılaraq universitet nümayəndələri ilə ünsiyyət qura biləcəklər.

Qeyd edək ki, sərgi saat 11:00-dan 20:00-dək “Landmark Rotunda Hall”da baş tutacaq.

Əvvəlki Yazı

Azərbaycan sülhün, sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın davamlı olmasında maraqlıdır

Növbəti Yazı

Belqrad ilə Bakı arasında intensiv siyasi dialoq daha geniş strateji uyğunluğun nəticəsidir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.