İyul 29, 2026-1:12
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Ekspert: Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında formalaşan yeni geoiqtisadi məkanın strateji qovşağına çevrilir

2026:07:28 - 17:20
in GÜNDƏM
A A

Avropa İttifaqının regionla əlaqələri dərinləşdirmək, ticarət və nəqliyyat marşrutlarını şaxələndirmək istiqamətində atdığı addımlar Mərkəzi Asiyanın strateji əhəmiyyətini daha da artırır. Bu kontekstdə Xəzər hövzəsi üzərindən Avropa ilə Mərkəzi Asiyanı birləşdirən Orta Dəhliz təkcə alternativ nəqliyyat marşrutu deyil, həm də yeni iqtisadi inteqrasiya platforması kimi ön plana çıxır.

Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Roza Bayramlı deyib.

“Mərkəzi Asiya dövlətlərinin ixrac marşrutlarını şaxələndirmək istəyi, Avropanın isə daha dayanıqlı təchizat zəncirlərinə ehtiyacı bu əməkdaşlığı yeni mərhələyə daşıyır. Hazırda Azərbaycan faktiki olaraq Mərkəzi Asiyanın nəqliyyat sistemini Cənubi Qafqaz, Türkiyə, Qara dəniz hövzəsi və Avropa bazarları ilə birləşdirən əsas koordinasiya mərkəzlərindən birinə çevrilib. Bu baxımdan Bakı Beynəlxalq Dəniz Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Xəzərdəki Azərbaycan ticarət donanması, müasir avtomobil və dəmir yolu infrastrukturu vahid logistika zəncirinin qarşılıqlı əlaqəli elementləridir. Nəticədə Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan ənənəvi ixrac marşrutlarından asılılığı azaltmaqla yanaşı, Avropa bazarlarına daha qısa və geosiyasi baxımdan daha dayanıqlı çıxış əldə edirlər. Dünya Bankının qiymətləndirməsinə görə, zəruri investisiyalar və idarəetmə islahatları həyata keçirildiyi təqdirdə Orta Dəhliz üzrə yük axınları 2030-cu ilə qədər üç dəfə arta, daşınma müddəti isə yarıya enə bilər”, – deyə o qeyd edib.

Ekspert bildirib ki, Avropa İttifaqının yanaşmasında da mühüm keyfiyyət dəyişikliyi müşahidə olunur.

2025-ci ilin aprelində Səmərqənddə keçirilmiş ilk Aİ–Mərkəzi Asiya Sammitində tərəflər münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırdılar. Bu proses 2026-cı ilin iyununda Aİ-nin Mərkəzi Asiyanı Cənubi Qafqaz və Qara dəniz regionu vasitəsilə Avropa ilə birləşdirən “Connectivity Agenda Platform”unu yaratması ilə daha praktik mərhələyə keçdi. Azərbaycan bu çərçivədə Avropa, Cənubi Qafqaz, Türkiyə və Mərkəzi Asiyanı birləşdirən bağlantı gündəliyinin əsas iştirakçılarından biri kimi təqdim edilir. Limanların, dəmir yollarının, bərə keçidlərinin və sərhəd məntəqələrinin gücü bir-birinə uyğunlaşdırılmalıdır.

Ekspert qeyd edib ki, əməkdaşlığın nəqliyyatdan enerji və rəqəmsal bağlantı sahələrinə genişləndirilməsi də prioritetdir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi, Xəzərin dibi ilə elektrik və fiber-optik kabellərin çəkilməsi perspektivi Orta Dəhlizi tədricən çoxşaxəli bağlantı platformasına çevirir. Beləliklə, eyni coğrafiya üzərindən gələcəkdə yalnız yüklər deyil, elektrik enerjisi, məlumat və rəqəmsal xidmətlər də daşına bilər.

“Digər mühüm istiqamət C6 formatının imkanlarından istifadə etməklə regional əməkdaşlığın institusionallaşdırılmasıdır. Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulması Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əməkdaşlıq üçün yeni siyasi çərçivə yaradıb. Növbəti mərhələdə bu formatın müntəzəm fəaliyyət göstərən institusional mexanizmə çevrilməsi, konkret əməkdaşlıq istiqamətləri üzrə işçi qruplarının yaradılması və qəbul olunan qərarların icrasını təmin edən koordinasiya mexanizmlərinin formalaşdırılması mühüm əhəmiyyət daşıyır”, – deyə ekspert bildirib.

Roza Bayramlı əlavə edib ki, Azərbaycanın Mərkəzi Asiya dövlətlərinin xarici tərəfdaşlarla formalaşdırdığı formatlara qoşulması və bu mexanizmlərin C6+1 formatına çevrilməsi də böyük perspektiv vəd edir.

“Bu, Azərbaycanın regionun Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşlarla nəqliyyat, enerji, investisiya, kritik xammal və rəqəmsal bağlantı məsələləri üzrə dialoqunda birbaşa iştirakını təmin edə bilər. Azərbaycanın iştirakı olmadan Trans-Xəzər istiqamətində irəli sürülən təşəbbüslər coğrafi və logistika baxımından natamam qala bilər. Buna görə C6 və C6+1 mexanizmləri Mərkəzi Asiya ilə Azərbaycan arasında əməkdaşlığı ayrı-ayrı ikitərəfli layihələr səviyyəsindən koordinasiya olunmuş regional siyasət səviyyəsinə yüksəltmək üçün mühüm platforma ola bilər”, – deyə Roza Bayramlı fikrini yekunlaşdırıb.

Əvvəlki Yazı

Siyasi şərhçi: Azərbaycan regional logistika və enerji koordinasiya mərkəzi kimi çıxış edir

Növbəti Yazı

Ana dilini qorumaq cəmiyyətin bütün üzvlərinin ümumi məsuliyyətidir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.