İyul 7, 2026-21:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Ekspert : Enerji, logistika və yaşıl transformasiya layihələri Azərbaycanın mövqeyini daha da gücləndirəcək

2026:07:07 - 17:28
in SOSİAL
A A

Son illərdə Azərbaycan enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya infrastrukturu və yaşıl enerji sahələrində həyata keçirdiyi ardıcıl siyasət nəticəsində regional və qlobal geoiqtisadi sistemdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Ölkənin xarici siyasətinin prioritet istiqamətlərindən biri olan enerji diplomatiyası artıq yalnız karbohidrogen resurslarının ixracı ilə məhdudlaşmır. Müasir mərhələdə Azərbaycan enerji, nəqliyyat və logistika imkanlarını vahid strateji model çərçivəsində birləşdirərək Avrasiya məkanında əsas tranzit və enerji qovşaqlarından birinə çevrilmək istiqamətində fəaliyyət göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında İsveçrədə yerləşən “Caspian-Alpine Society” təşkilatında enerji sahəsi üzrə müstəqil ekspert kimi fəaliyyət göstərən Aytac Məhəmmədova deyib.

O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunun son illərdə daha da artdığını bildirib: “Hazırda Azərbaycan Avropada enerji mənbələrinin şaxələndirilməsində mühüm rol oynayır. 2026-cı ildən Almaniya və Avstriyanın da Azərbaycan qazını idxal edən ölkələr sırasına qoşulması ölkənin enerji diplomatiyasının uğurlu nəticəsi kimi qiymətləndirilə bilər. Bununla Azərbaycan boru kəmərləri vasitəsilə qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada aparıcı mövqeyə yüksəlib. Avropaya ixrac olunan qazın həcmi artıq ümumi qaz ixracının yarısından çoxunu təşkil edir ki, bu da Azərbaycan ilə Avropa İttifaqı arasında formalaşmış strateji tərəfdaşlığın davamlı xarakter daşıdığını göstərir. Mövcud geosiyasi şəraitdə Avropanın alternativ enerji mənbələrinə artan tələbatı fonunda Azərbaycanın etibarlı və uzunmüddətli tərəfdaş kimi çıxış etməsi ölkənin beynəlxalq nüfuzunu daha da artırır. Enerji təhlükəsizliyi sahəsində əldə edilən uğurlar Azərbaycanın nəqliyyat və logistika imkanlarının genişləndirilməsi ilə paralel inkişaf edir. Əlverişli coğrafi mövqeyi sayəsində Azərbaycan Avropa ilə Asiya arasında yerləşən əsas tranzit ölkələrdən biridir. Məhz bu üstünlük ölkənin Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından birinə çevrilməsinə şərait yaradıb. Hər iki marşrut yalnız yükdaşımaların həcmini artırmır, həm də Azərbaycanın regional iqtisadi inteqrasiyada rolunu gücləndirərək ölkəyə əlavə geosiyasi təsir imkanları qazandırır”.

Ekspert bildirib ki, Şərq–Qərb beynəlxalq nəqliyyat dəhlizinin əsas elementi hesab olunan Orta Dəhliz son illərdə qlobal ticarətin ən perspektivli marşrutlarından biri kimi qiymətləndirilir. Onun sözlərinə görə, bu marşrut Çin və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarları ilə birləşdirir. Azərbaycanın bu marşrut üzrə həyata keçirdiyi infrastruktur layihələri, xüsusilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin, müasir logistika mərkəzlərinin və gömrük infrastrukturunun təkmilləşdirilməsi ölkənin tranzit potensialını əhəmiyyətli dərəcədə artırıb

“Mövcud strategiyanın əsas məqsədlərindən biri də yaxın illərdə Azərbaycan ərazisindən daşınan yüklərin həcmini iki dəfə artırmaqdır. Bu hədəf Azərbaycanın yalnız tranzit ölkə deyil, həm də regional logistika mərkəzi kimi mövqeyini möhkəmləndirməyə xidmət edir. Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi isə Avrasiyanın şimal və cənub istiqamətlərini birləşdirən mühüm iqtisadi layihələrdən biridir. Bu marşrut Rusiya, Azərbaycan və İran vasitəsilə Fars körfəzi, Hindistan və Cənubi Asiya bazarlarına çıxışı təmin edir. Dəhlizin tam potensialla fəaliyyət göstərməsi Azərbaycan üçün yeni ticarət imkanları yaratmaqla yanaşı, ölkənin beynəlxalq yükdaşımalarında iştirakını genişləndirəcək, tranzit gəlirlərini artıracaq və geoiqtisadi əhəmiyyətini daha da yüksəldəcək”, – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, nəqliyyat strategiyasında Zəngəzur dəhlizi ayrıca əhəmiyyət kəsb edir. Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa nəqliyyat əlaqəsinin yaradılması baxımından strateji əhəmiyyət daşıyır. Eyni zamanda, dəhlizin gələcəkdə Şərq–Qərb və Şimal–Cənub marşrutlarının qarşılıqlı inteqrasiyasına töhfə verməsi gözlənilir. Bu baxımdan, Zəngəzur dəhlizi yalnız regional kommunikasiya layihəsi deyil, həm də Cənubi Qafqazın yeni nəqliyyat arxitekturasının mühüm elementlərindən biri kimi qiymətləndirilir.

A.Məhəmmədova qeyd edib ki, Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının digər mühüm istiqaməti bərpaolunan enerji mənbələrinin inkişafıdır. Qlobal enerji keçidi fonunda ölkə karbohidrogen ehtiyatlarından əldə olunan üstünlükləri qorumaqla yanaşı, yaşıl enerji sektorunu da sürətlə inkişaf etdirir. Qarşıya qoyulan əsas məqsəd 2032-ci ilədək günəş və külək enerjisi üzrə əlavə 8 QVt istehsal gücünün yaradılmasıdır. Bu istiqamətdə həyata keçirilən layihələr daxili enerji istehsalının şaxələndirilməsi ilə yanaşı, gələcəkdə elektrik enerjisinin və yaşıl hidrogenin ixracı üçün də yeni perspektivlər açır. Xüsusilə, “Yaşıl enerji dəhlizləri” təşəbbüsü Azərbaycanın Xəzər regionundan Avropaya elektrik enerjisinin ixracında da mühüm rol oynaya biləcəyini göstərir.

“Mövcud tendensiyalar göstərir ki, qarşıdakı illərdə enerji, logistika və yaşıl transformasiya sahələrində həyata keçiriləcək layihələr Azərbaycanın regional liderlik mövqeyini daha da gücləndirəcək və ölkənin qlobal geoiqtisadi proseslərdə rolunu artıracaq”, – deyə A.Məhəmmədova vurğulayıb.

Əvvəlki Yazı

Ağahüseyn Hüseynov: Jurnalistlər cəmiyyət qarşısında məsuliyyətlərini hər zaman dərk etməlidirlər

Növbəti Yazı

Xalqın etimadı, güclü liderlik və Azərbaycanın uğur yolu

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.