İranın “Əl-Aləm” televiziya kanalına yerli hökumət rəsmisinə istinadən bildirib ki, ABŞ qüvvələri İranın Buşehr Atom Elektrik Stansiyasının yaxınlığındakı ərazilərə zərbələr endirib.
Onun sözlərinə görə, günortadan sonra “Buşehr əyalətindəki bir neçə obyektə, o cümlədən atom elektrik stansiyasının ətrafına hücum edilib”. Zərbələrin nəticələri barədə heç bir məlumat verilməyib.
