İran Xarici İşlər Nazirliyi Böyük Britaniya, Almaniya və Fransanın BMT-nin İslam Respublikasına qarşı sanksiyalarının bərpası prosesinə başlamaq qərarını “təxribatçı və əsassız eskalasiya” adlandırıb. İran Xarici İşlər Nazirliyi bildirib ki, Tehran “Avropa üçlüyü” ölkələrinin hərəkətlərinə “adekvat” cavab verəcək.
“Üç ölkənin qəsdən daha geniş konteksti görməməzliyə vuran və hadisələrin ardıcıllığını təhrif edən hərəkətləri cinayətkarı effektiv şəkildə mükafatlandırır və qurbanı cəzalandırır. Üç Avropa dövlətinin bu qərarı İran və MAQATE arasında davam edən qarşılıqlı fəaliyyət və əməkdaşlıq prosesinə ciddi zərbə vuracaq. Belə təxribat xarakterli və əsassız cavab nazirlik tərəfindən veriləcək”. (Tass)
