Fransanın keçmiş prezidenti Nikola Sarkozi Le Figaro qəzetinə müsahibəsində Avropanın Rusiya ilə düşmənçiliyini “tarixi səhv” adlandırıb.
“Avropa və Fransa üçün təhlükə ilk növbədə demoqrafikdir: 30 ildən sonra Avropanın əhalisi 550 milyondan 480 milyon nəfərə, Afrikada isə 1,2 milyarddan 2,4 milyardadək artacaq. Bu arada biz Rusiyanı əsas riskimiz və prioritet düşmənimiz kimi müəyyənləşdiririk. Bu, tarixi səhvdir!” Sarkozi bildirib.
O, həmçinin qeyd edib ki, müxtəlif səbəblərdən Avropaya gələn miqrantlar yeni mühitə assimilyasiyada çətinlik çəkirlər ki, bu da Avropa ölkələri üçün əsas ekzistensial riskdir.
“Rusiyanın Fransa və Avropa ilə münasibətlərinin tarixini bilə-bilə, biz bugünkü tam anlaşmasızlığına təəssüflənə bilərik. Amma bu gün Avropanın beynəlxalq arenada Rusiyadan daha çox təcrid olunduğu göz qabağındadır”, – sabiq prezident əlavə edib.
Bundan əvvəl Axios portalı mənbələrə istinadən xəbər vermişdi ki, bir sıra Avropa liderləri Ukraynadakı münaqişənin həllinə mane ola bilər. (Tass)
