Böyük Britaniyanın Baş naziri Keir Starmer və ABŞ Prezidenti Donald Tramp Rusiyanın Şimalda qarşısının alınması məsələlərini müzakirə ediblər. Bu barədə Baş nazirin Ofisinin Ağ Evlə telefon danışığından sonra yaydığı kommünikedə bildirilib.
Dauninq Strit Rusiyanın bölgədəki guya “getdikcə daha aqressiv” hərəkətləri ilə bağlı açıqlama verərək qeyd edib ki, “liderlər Avro-Atlantik təhlükəsizliyini müzakirə ediblər və Rusiyanın Şimalda cilovlanmasının vacibliyi barədə razılığa gəliblər”.
Kommünikedə qeyd edildiyi kimi, Starmer “Avropa müttəfiqlərinin son aylarda Avro-Atlantik maraqlarını qorumaq üçün səylərini artırdıqlarını” bildirib və “bölgəni qorumaq üçün daha çox şey edilə biləcəyini” vurğulayıb. (Tass)
